Azərbaycan Prezidenti İlham Əliyevin Laçına səfərini izləyənlər arasında Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski də olub.
“AzPolitika.info” xəbər verir ki, Ukrayna səfiri özünün “facebook” səhifəsində Laçına səfər etdiyini və bu diyarın gözəlliklərinin, eləcə də qısa müddətdə burada aparılan işlərin onu valeh etdiyini yazıb.
Səfir həmçinin, Azərbaycan Prezidenti ilə qısa dialoqunun videosunu da paylaşıb. Kanevski İlham Əliyevə ingilis dilində Azərbaycanın Ukraynaya göstərdiyi dəstəyə görə təşəkkür edib. Prezident isə yenə ingilis dilində “Ukrayna Azərbaycana, Laçına xoş gəlib” deyə cavab verib və səfirə Laçına gəldiyi üçün təşəkkürünü bildirib.
Xatırladaq ki, Azərbaycan Rusiyanın işğalçılıq müharibəsi başlayan ilk günlərdən indiyə kimi Ukraynaya humanitar yardımlar edib və bütün beynəlxalq meydançalarda Ukraynanın ərazi bütövlüyünü, suverenliyini birmənalı olaraq dəstəkləyib.
“AzPolitika.info”


Şərhlər