İranın sabiq Prezidenti Mamhud Əhmədinejada qarşı sui-qəsd cəhdi olub.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Əhmədinejada yaxınlığı ilə biinən “Dolət-e Bahar” “Teleqram” kanalı məlumat yayıb.
Məlumata görə, Əhmədinejadın ofisi hərbi və təhlükəsizlik orqanlarına ona qarşı edilən sui-qəsd barədə məktub göndərib və lazımi tədbirlərin görülməsini istəyib.
Məktubun məzmununa görə, son günlər müşahidə edilən addımlar açıq şəkildə keçmiş prezidentə qarşı mütəşəkkil qaydada sui-qəsd cəhdindən xəbər verir.
“AzPolitika.info”


Şərhlər