Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanov intihar etməsinin səbəbləri barədə bir-birini təkzib edən xəbərlər yayılır. Hətta onun öldürülə biləcəyi ehtimalı da irəli sürülür.
"Bakupost.az"-ın əldə etdiyi məlumata görə, məlum olub ki, hakimin intiharına səbəb ailə münaqişəsi olub. Həyat yoldaşı ilə boşanma ərəfəsində olan R.Salmanovun bu səbəbdən özünü öldürdüyü deyilir.
Ailənin dağılmasını istəməyən hakim özünə qəsd edəcəyi ilə bağlı xəbərdarlıq edib.
Hətta bundan əvvəl də intihara cəhd etdiyi bildirilir.
R.Salmanovun xəstəxanaya getməsinin səbəbinə gəlincə, məlum olub ki, o ürək-qan damar sistemi xəstəliyindən əziyyət çəkib.
Qeyd edək ki, R.Salmanov müalicə aldığı xəstəxananın yuxarı mərtəbəsindən özünü ataraq canına qıyıb.
***
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanov müalicə aldığı xəstəxananın yuxarı mərtəbəsindən özünü ataraq intihar edib.
“Qafqazinfo” xəbər verir ki, Rahib Salmanov bu gün günortaya qədər işdə olub, bir sıra məhkəmə işlərinə baxıb. Lakin günortadan sonrakı prosesləri təxirə salaraq xəstəxanaya gedib. Daha sonra isə məlum hadisə baş verib. Rahib Salmanovun hansı səbəbdən intihar etməsi araşdırılır.
Qeyd edək ki, 60 yaşlı Rahib Salmanov 2013-cü ildən Bakı Ağır Cinayətlər Məhkəməsində çalışırdı.

Şərhlər
Uzun müddət dözülməz ağrıları olan xəstəlikdən əziyyət çəkmiş olsaydı, fikirləşmək olardı ki, bu dəfə də dözülməz ağrıları tutub və gedib həkiməki ağrılarını sakitləşdirsənlər, lakin həkimlər kömək edə bilməyib və nəticədə ağrılara dözməyib özünü atıb. Ancaq elə bir xəstəliyi barədə danışan olmayıb. Ümumiyyətlə özünü öldürmək fikrində olan adam niyə xəstəxanaya getsin ki, müalicə olub yaşamaq istədiyi halda niyə birdən birə özünü binadan atsınki? intihar fikri varıydısa elə işlədiyi binadan da özünü ata bilərdi. Ola bilər gözlənilmədən qarşılaşdığı və qəbul edə bilmədiyi bir hadisə yaşanıb xəstəxanda.
Könül Məmmədova və Tahir adı ilə yazanlara...çox doğru, sizinlə tam razıyam...Könül xanımın versiyası daha ağlabatandır...
Belə psixoloji durumu yerində olmayan şəxs necə hakim təyin edilib?Hakim təyinatlarına dövlətnəzarət niyə aparılmır?Ölənə Allah rəhmət etsin,Amma axı hakim işi ciddi məsələdir.Ehtimal burada da tanışlıq,milli mənsubiyyət və rüşvəin rolu böyükdür.
Rəhmətlik Anar Nağılbazda belə versiya ilə rep deyə bilməzdi ,söz Milli Məclisinir ,əgər Millidirsə
heç inandırıcı deyil. sanki bu dünyada boşanan tək odur. başqa yalan uydurun. məncə onu bu intihara təhrik edən qüvvələr olub. son vaxtlar kimin işlərin aparıb araşdırın əgər cəsarətiniz çatırsa o zaman esl həqqiqət üzə çıxar
arvad pisdi bosha , da ozunu niye oldurursen
Vicdan susmayanda, onun hökmü dünyadakı bütün hakimlərin hökümündən ədalətli olur. Seni tanımayıb, seninle hesablaşmayanlara nehlet ey vicdan. .