Menu

"Sanksiyalara son qoyacağam və Rusiyanı dünya bazarına qaytaracağam" - Trampın seçkilərdə rəqibi

29.08.2023, 08:43
"Sanksiyalara son qoyacağam və Rusiyanı dünya bazarına qaytaracağam" - Trampın seçkilərdə rəqibi

"Mən sanksiyalara son qoyacağam və Rusiyanı dünya bazarına qaytaracağam. Bu yolla Rusiyanı Şərqi Asiyada Çin dizaynlarına strateji maneə kimi qaldıracağam".

"Report" UNİAN-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından potensial namizəd Vivek Ramasvami bildirib.

O, bildirib ki, Ukraynanın işğal olunmuş ərazilərini Rusiya ərazisi kimi tanıyacaq:

"Ukraynada müharibə nə qədər uzansa, bir o qədər aydın olur ki, yalnız bir qalib var: Çin. Mən Niksonun 1972-ci ildə etdiklərinin əksini edərək, Amerikanı mənəviyyatdan realizmə aparacağam. 2025-ci ildə Moskvaya gedəcəyəm".

Ramasvami deyib ki, ABŞ üçün əlverişli olan şərtlərlə Ukraynada sülhü təmin edəcək və Rusiyanın Çinlə hərbi ittifaqdan çıxması müqabilində Ukraynanın NATO-ya namizədliyini əngəlləyəcək.

O, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə iddialılar arasında debatların birinci raundunun qalibi olub. Donald Tramp debatda iştirak etməyib.

Yayın əvvəlində Ramasvami bildirib ki, Vaşinqton diqqətini Çinlə qarşıdurmaya yönəltməli, Ukraynanı böyük güzəştlərə məcbur etməlidir.

Şərhlər

oxucu 2023-08-29 15:18:53

Bu ............................. Vivek Ramasvami sarsaq - sarsaq planları ilə debata çıxması biabırçılıqdır və
bu nadan, satqın , raşka KQB - nin agentidir, hətta , milliyyət mənsubluqu , ehtimal ki , Hindistan ola bilər, bu ............. Vivek Ramasvami , satılıb bandit - paxan , raşka fyurerinə...........

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol