“Vaqner”-in mövcudluğuna son veriləcək.
“AzPolitika.info” xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Viktor Sobolev deyib.
Sobolev “Vaqner”-i qeyri-qanuni silahlı birləşmə adlandırıb.
“Terrorçular ya mülki həyata keçid edəcəklər, ya da Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağladıqdan sonra hərbi fəaliyətlərini davam etdirə biləcəklər. Dövlətdə dövlətə tabe olmayan silahlı şəxslər olmamalıdır. Çünki bu, sonda üsyana səbəb olur. Biz vətəndaş müharibəsinin astanasında idik”, - deyə o bildirib.
Sobolev həmçinin qeyd edib ki, yalnız Priqojinin üsyanında iştirak etməyən “Vaner” üzvləri Müdafiə Nazirliyi ilə müqavilə imzalaya biləcəklər.
“AzPolitika.info”


Şərhlər
PutininVaqnerçilərin dövlət büdcəsindən maliyyələşdirildiyini təsdiqindən sonra bu məlumatın nə əhəmiyyəti var?Deməli VAQNER-in ordusu Rus dövlətinə tabe və onun götərişlərini yerinə yetirən silahlı dəstə olub.Ona görə bu məlumatın mənası boş və cəfəng görünür.