Menu

Putinlə Ərdoğanın görüşəcəyi tarix bəlli olub

29.08.2023, 11:46
Putinlə Ərdoğanın görüşəcəyi tarix bəlli olub

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan sentyabrın 4-də Soçidə görüşəcəklər.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları “Habertürk” telekanalına istinadən məlumat yayıblar.

Məlumatda Ərdoğan və Putinin sentyabrın 4-də Soçidə danışıqlar aparacaqları qeyd olunub.

Qeyd edək ki, dünən Kremlin sözçüsü Dmitri Peskov Putin-Ərdoğan görüşünün tezliklə baş tutacağını, lakin görüşün harada və nə vaxt keçiriləcəyini açıqlamayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol