Ermənistan parlamentinin spikeri Alen Simonyan əməliyyat olunub.
“AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, o, bir müddət əvvəl yıxılaraq ağır xəsarət alıb. Bu gün o ikinci dəfə cərrah masasına uzanmalı olub, həkimlər onun əlində sınıqları düzəltməyə çalışıblar.
“Bizdə olan məlumata görə, əməliyyat zamanı ciddi fəsadlar yaranıb və həkimlər xəstənin vəziyyətini stabilləşdirmək üçün xeyli səy göstəriblər. Narkozdan çıxandan sonra spikerin vəziyyəti yenidən pisləşib və narkozun mənfi təsirlərini azaltmaq üçün onu yatmağa məcbur ediblər”, - “Hraparaq” qəzeti yazır.
“AzPolitika.info”


Şərhlər