Azərbaycan Qızıl Aypara Cəmiyyəti Xankəndidəki erməniəsilli şəxslərə 40 ton humanitar yardım aparılması ilə bağlı Azərbayanın ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına məlumat veriblər.
“Report”un Ağdama ezam olunan əməkdaşının verdiyi xəbərə görə, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş katibi Ceyhun Mirzəyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, məram və məqsədləri barədə Azərbayan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandirinə məlumat veriblər: “Onlar da öz rəhbərliklərinə məruzə etdilər. Onlar rəhbərliklərinin verdiyi qərarı bizimlə bölüşmək üçün vaxt istədilər”.
Artıq içərisində 40 ton un məmulatları olan avtomobillər Rusiya sülhməramlılarının məsuliyyət zonasına yaxın postun qarşısında dayanıb.


Şərhlər