“Ukraynanın Rusiyanı məğlub etmək şansı yoxdur”.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban müsahibəsində deyib.
O bildirib ki, Qərbin Rusiya-Ukrayna münaqişəsində Kiyevin üstünlüyə sahib olması haqda təsəvvürləri yalandır.
Baş nazir Rusiyanı məğlub etməyin mümkünsüzlüyünə aydınlıq gətirib.
O, həmçinin regionda sülhün açarlarının Amerika Birləşmiş Ştatlarında olduğunu deyib.
V.Orbanın sözlərinə görə, Amerikada Kiyevin qalib gəlməsi haqda yayılan fikir yalandır.
Macarıstanın Baş naziri Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin Rusiyadan xeyli tez tükənəcəyini vurğulayıb.


Şərhlər
Axı yazılıb, niyə çap etmirsiz?
Cənab Orban Ukraynanın məqsədi öz torpaqlarını işğaldan azad etməkdir, rusiyanı işğal etmək yox.Onsuzda bu xaraba qalmış ölkə dağılır və yox olacaqdır.Ruslar isə Moskoviya deyilən yeni adla Moskva vilayətindən və ətrafındakı bir neçə regiondan ibarət kiçik bir "dövlət" olacaqdır.