“Laçın yolunda hazırda yaranmış situasiya Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasının nəticəsidir”.
“AzPolitika.info” xəbər verir ki, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova bugünkü brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Erməni jurnalist Zaxarovadan “Laçın” sərhəd-keçid məntəqəsində Rusiya sülhməramlılarının müşayiət etməsinə baxmayaraq, 3 erməninin Azərbaycan tərəfindən saxlanılmasına dair sual verib.
Zaxarova cavabında deyib ki, İrəvandakı hökumətin Azərbaycanın ərazi bütövlüyünü Qarabağla birgə tanıması Rusiya sülhməramlılarının qarşısında duran vəzifələrə təsir edib: “Bu kontekstdə məsuliyyəti Rusiya hərbi kontingentinin üzərinə atmaq yersiz, səhv və əsassızdır”.
“Bu, Avropa İttifaqının himayəsi altında ötən ilin oktyabrında və bu ilin mayında hər iki ölkənin liderinin iştirak keçirilən sammitində qeydə alınıb “Ermənistanın keçmiş dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıması-red.). Bu barədə Rusiya XİN-in “Qarabağ ətrafındakı vəziyyətlə bağlı” 15 iyul 2023-cü il tarixli bəyanatında da aydın deyilib. Bu məzmunda məsuliyyəti Rusiya sülhməramlı kontingentinin üzərinə qoymağı yersiz, düzgün olmayan və haqsız hesab edirik. İrəvan və Ermənistan hakimiyyəti tərəfindən "dağlıq Qarabağın" Azərbaycana məxsusluğunu tanımasından sonra yaranan yeni şəraitdə Rusiya sülhməramlı kontingentinin vəzifəsi Azərbaycana Qarabağdakı ermənilərin bütün hüquq və təhlükəsizliyini təmin etməyə, o cümlədən Bakı ilə Xankəndi arasında birbaşa dialoqun qurulmasına bütün mümkün yardımı etməkdən ibarətdir”, - deyə Rusiya XİN sözçüsü qeyd edib.
Xatırladaq ki, bundan öncə də Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri, eləcə də ayrı-ayrı Rusiya rəsmiləri, Kremlə yaxın politoloqlar və siyasətçilər dəfələrlə Nikol Paşinyanın Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü Qarabağla birgə tanımasına dair bəyanatını tənqid ediblər.
“AzPolitika.info”


Şərhlər