Menu

Vnukovo aeroportunun fəaliyyəti məhdudlaşdırılıb

31.08.2023, 10:09
Vnukovo aeroportunun fəaliyyəti məhdudlaşdırılıb

Rusiyanın paytaxtı Moskvada Vnukovo beynəlxalq hava limanının işi müvəqqəti olaraq məhdudlaşdırılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə aeroportdan bildirilib.

Qeyd olunub ki, aeroportdan asılı olmayan səbəblərə görə, həmçinin təhlükəsizlik tədbirləri üçün təyyarələrin hərəkətinə müvəqqəti məhdudiyyətlər qoyulub.

Xatırladaq ki, daha əvvəl Moskva meri Sergey Sobyanin şəhərə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirildiyini bildirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol