Menu

“Tramp hakimiyyətdə qalsaydı Rusiya-Ukrayna müharibəsi baş verməzdi” - Orban

31.08.2023, 12:31
“Tramp hakimiyyətdə qalsaydı Rusiya-Ukrayna müharibəsi baş verməzdi” - Orban

Macarıstanın Baş naziri Viktor Orban ABŞ-ın “Fox News” telekanalının aparıcısı Taker Karlsona müsahibəsində Ukraynadakı müharibə ilə bağlı bir sıra açıqlamalar verib.

“AzPolitika.info” xəbər verir ki, V. Orban Ukraynadakı müharibənin yalnız ABŞ-ın keçmiş Prezidenti Donald Trampın yenidən prezident seçilməsi ilə bitəcəyini iddia edib.

Jurnalsitin:“Əgər siz NATO-nun başında, Co Baydenin yerində olsaydınız Ukrayna müharibəsi ilə bağlı ilk addımınız nə olardı?” sualına Orbanın cavabı belə olub: “Sülh. Dərhal! Mən Trampa zəng edərdim. Bu, yeganə çıxış yoludur. Onu bir çox səbəblərə görə tənqid edə bilərsiniz, başa düşürəm, amma son bir neçə onillikdə ən yaxşı xarici siyasət onun hakimiyyəti dövründə olub. O, heç bir yeni müharibəyə başlamadı. Şimali Koreya Rusiya və Çin kimi ölkələrə yaxşı münasibət bəsləyirdi. Tramp çox gözəl xarici siyasət yürüdürdü”.

Orban iddia edib ki, Tramp hakimiyyətdə qalsaydı Rusiya ilə Ukrayna arasında müharibə olmayacaqdı: “Əgər o, (Tramp-red.) Rusiya işğalının əvvəlində ABŞ prezidenti olsaydı, ruslar belə bir şey edə bilməzdilər. Tramp Qərb dünyasını və bütün bəşəriyyəti xilas edə biləcək şəxsdir. Bu mənim şəxsi fikrimdir”.

Ukraynanın Rusiyanı məğlub edə biləcəyinə inanmadığını deyən Orban, Rusiyanın Ukraynadan qat-qat güclü və say baxımından üstün olduğunu bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol