Menu

“Putindən daha üstün keyfiyyətlərim var” - Strelkov Rusiya Prezidenti olmaq istəyir

31.08.2023, 12:35
“Putindən daha üstün keyfiyyətlərim var” - Strelkov Rusiya Prezidenti olmaq istəyir

Donbasdakı separatçıların sabiq lideri, hazırda “ekstremizm” maddəsi ilə həbsə atılan İqor Strelkov(Qirkin) Rusiya prezidentliyinə iddiasını ortaya qoyub. “AzPolitika.info” xəbər verir ki, Strelkov öz telegram kanalında yayımladığı müraciətində prezidentliyə namizədliyini irəli sürdüyünü bildirib.

“Hazırkı prezidentlə müqayisədə üstünlüklərim var”, -deyə bildirən Strelkov özünün Putindən üstün keyfiyyətlərini bir-bir sadalayıb.

Strelkov bildirib ki, Putindən və Şoyqudan fərqli olaraq, hərb işini yaxşı bilir və Rusiya konstitusiyasına uyğun olaraq, Ali baş komandan vəzifəsini daşımağa daha çox layiqdir.

Strelkov hesab edir ki, o, Obamadan, Merkeldən, Trampdan tutmuş Poroşenko və Zelenskiyə qədər hamıya aldandığını etiraf edən Putindən fərqli olaraq, sadəlövh deyil. Həmçinin, Strelkovun Putin kimi onu vəzifəyə gətirmiş kimlərinsə qarşısında öhdəlikləri və ətrafında Rusiyanın oğurlanan sərvətləri hesabına milyarder olan dostları yoxdur.

Nəhayət, Qirkin yazıb ki, o, Putin kimi 20 ildən artıq hakimiyyətdə qalmaq və xalqın bezdirmək niyyətində deyil.

C.Məmmədov

“AzPolitika.info”  

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol