Menu

QARABAĞDAKI SEPARATÇILARIN RƏHBƏRİ İSTEFA VERDİ – Xankəndində vəziyyət gərginləşir

31.08.2023, 12:46
QARABAĞDAKI SEPARATÇILARIN RƏHBƏRİ İSTEFA VERDİ – Xankəndində vəziyyət gərginləşir

Qarabağ separatçılarının rəhbəri Araik Arutyunyan istefa verib. 

Bu barədə onun özü açıqlama yayıb.

***

Ermənistanın aparıcı “Teleqram” kanalları bu gün Xankəndindəki separatçıların rəhbəri Araik Arutyunyanın istefa verəcəyini yazır. Qeyd olunur ki, o, istefaya getməzdən əvvəl Qurgen Nersisyanı “dövlət naziri” vəzifəsindən azad edəcək.

Bu halda qondarma rejimə rəhbərlik “təhlükəsizlik şurası”nın katibi Samvel Şahramanyana keçəcək.

“Böyük ehtimalla o, “parlament” tərəfindən seçiləcək yeganə “prezidentliyə namizəd” olacaq”, - məlumatda bildirilir.

Bu arada Araik Arutyunyanın “ofisi” onun istefası barədə məlumatı nə təkzib, nə də təsdiq edir.

"Hazırda mən bu məlumatı şərh edə bilmərəm, gəlin rəsmi açıqlamanı gözləyək", - Arutyunyanın müşaviri Vladimir Qriqoryan bildirib.

“AzPolitika.info”

Şərhlər

dadaşyev 2023-09-01 01:35:10

Amerikada işsizlərin sayı artır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol