Menu

"Bu, Xankəndindəki xaosun qarşısını ala bilməyəcək" - Politoloq

31.08.2023, 14:59
"Bu, Xankəndindəki xaosun qarşısını ala bilməyəcək" - Politoloq

Araik Arutunyanın "istefası" Xankəndindəki xaosun qarşısını ala bilməyəcək.

"AzPolitika.info" xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Araikin “vəzifəsini” müvəqqəti icra edən növbəti separatçının iki seçimi olacaq: ya Arutunyanın təxribatçı siyasətini davam etdirmək, ya da Bakı ilə dialoqa razılaşmaq və Ağdam-Xankəndi yolunun açılmasını təmin etmək.

"Bu iki seçim də separatçıların yeni “liderini” xilas etməyəcək. Hər iki variant separatçılar və bölgə erməniləri arasında ixtilafı dərinləşdirəcək. Bu bizim üçün faydalıdır" - politoloq qeyd edib.

Elxan Şahinoğlu onu da vurğulayıb ki, Azərbaycan separatçıların işğal altındakı bölgədə “prezident seçkisi” keçirməsinə imkan verməməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol