Menu

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub - Müdafiə Nazirliyi

31.08.2023, 22:25
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub - Müdafiə Nazirliyi

Avqustun 31-i saat 20:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonu istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən (MN) bildirilib.

"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - məlumatda qeyd edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol