Menu

"Krım azad edilmədən Avropada sülh olmayacaq" - Volodimir Zelenski

01.09.2023, 13:35
"Krım azad edilmədən Avropada sülh olmayacaq" - Volodimir Zelenski

“Krım, Donbas və digər ərazilər işğaldan tam azad edilmədən Ukraynada və Avropada davamlı sülh olmayacaq”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyada keçirilən biznes forumunun açılışında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Krım yarımadası həm hərbi, həm də diplomatik yolla azad edilə bilər: “Hər şey düşmənin davranışından asılıdır”.

V.Zelenski söyləyib ki, Ukrayna işğalla heç vaxt barışmayacaq: “Rusiya qoşunları yarımadanı tərk etməlidir. Bu, insanların həyatını xilas etmək üçün ən yaxşı variantdır”.

Qeyd edək ki, Rusiya yarımadanı 2014-cü ildə ilhaq edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol