Menu

Tramp canlı yayımda mühakimə olunacaq

01.09.2023, 14:56
Tramp canlı yayımda mühakimə olunacaq

ABŞ-ın keçmiş Prezidenti Donald Trampın məhkəməsinin televiziya və internet vasitəsilə canlı yayımlanacağı açıqlanıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

Mətbuatın yazdığına görə, Fulton dairəsinin hakimi Skott Makafi bütün dinləmələrin Fulton Rayon Məhkəməsinin “YouTube” kanalı və televiziya vasitəsilə canlı yayımlanmasını əmr edib.

Qeyd edək ki, Tramp avqustun 15-də Corciya ştatında 2020-ci il prezident seçkilərinin nəticələrinə müdaxilə etməkdə ittiham olunur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol