Menu

Müsavat "İnsan haqları qorunsun!" mitinqi keçirəcək

24.11.2014, 17:19

 

Musavat_logo_Albom_250612Müsavat Partiyası dekabrın 14-nə mitinq təyin edib. Bu haqda partiyanın başqan müavini Gülağa Aslanlı məlumat verib. Qərar noyabrın 14-də, partiya Divan yığıncağında qəbul olunub.

Gülağa Aslanlının sözlərinə görə, mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacaq:

«Mitinq üçün «Məhsul» stadionunu seçmişik. İcra hakimiyyətinə müraciətimizdə də həmin yerin verilməsini istəyəcəyik. Dekabrın 10-u Beynəlxalq İnsan Haqları günüdür. Həmin gün bazar gününə düşmədiyindən, 14-nü seçmişik. Əsas şüarımız «Siyasi məhbuslara azadlıq!», «İnsan haqları qorunsun!» olacaq».

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol