Menu

Polşa ilə Belarus arasında gərginlik artır

02.09.2023, 12:39
Polşa ilə Belarus arasında gərginlik artır

“Polşa odusuna məxsus hərbi helikopter Belarusun hava məkanını pozub”. 

“AzPolitika.info” xəbər verir ki, bu barədə Belarus Dövlət Sərhəd Komitəsi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Polşaya məxsus “Mi-24” tipli hərbi helikopter qanunsuz şəkildə Qrodno bölgəsinə daxil oub. Helikopterin Belarus sərhədindən 1,2 kilometr dərinliyə girdikdən sonra geri döndüyü qeyd edilib.

Hadisənin ardından Polşanın Belarusdakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və sözügedən pozuntu ilə bağlı izahat tələb olunub.

“AzPoltika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol