Menu

"Azərbaycan dili reanimasiyadadır" - Yazıçı Seyran Səxavət

02.09.2023, 13:10
"Azərbaycan dili reanimasiyadadır" - Yazıçı Seyran Səxavət

"Azərbaycan dili reanimasiyadadır".

APA xəbər verir ki, bunu "Azərbaycan Dili və Ədəbiyyatı" Forumunda çıxışı zamanı yazıçı Seyran Səxavət deyib.

"Bu gün ölkədə Azərbaycan dilini normal bilən, danışan, yazan yox dərəcəsindədir. Bayaqdan burada dillə, ədəbiyyatla bağlı onlarla problemdən danışıldı. Hamısının kökündə dayanan dildir, vəssalam. Bu, çox ciddi məsələdir. Bunun üzərinə düşülməsə, görəcəklərimiz hələ qabaqdadır", - o qeyd edib.

Yazıçı əlavə edib ki, televiziyalarımızda dillə bağlı qüsurlar, qəbahətlər baş alıb gedir: "İstənilən televiziyanı gətirin, mən sizə sübut edim ki, orada Azərbaycan dili bilgisi 49 faizdən o yana deyil. Bu biabırçılıqdır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol