Menu

“Ukrayna 1000-1500 kilometri də vura bilər” - Danilov

02.09.2023, 13:44
“Ukrayna 1000-1500 kilometri də vura bilər” - Danilov

“Ukrayna Rusiyada hətta 1000-1500 kilometr məsafədəki hədəfləri vura bilən raketlər və PUA-lar hazırlayıb”. 

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov yerli kanallara açıqlamasında deyib.

Danilov qeyd edib ki, hələ 2020-ci ildən Ukraynanın uzaq məsafəli raketlər və PUA-lar hazırlanması ilə bağlı proqramı olub və bu gün həmin proqram o cümlədən özəl şirkətlərin iştirakı ilə uğurla həyata keçirilir.

Xatırladaq ki, bundan öncə Prezident Volodimir Zelenski Ukraynanın öz istehsalı olan 700 kilometr uzaqlıqda hədəfləri vura bilən raketi uğurla tətbiq etdiyini bildirmişdi.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol