Menu

İsrail 25 ədəd "F-35" təyyarəsi alacaq

04.09.2023, 00:14
İsrail 25 ədəd "F-35" təyyarəsi alacaq

İsrail Müdafiə Nazirliyi ABŞ-dən üçüncü eskadrilyasının təşkili üçün 25 ədəd "F-35" qırıcı təyyarəsinin alınması prosesinə rəsmən başlayıb.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Onun sözlərinə görə, İsrailin müdafiə naziri Yoav Qalan və Müdafiə Nazirliyinin baş direktoru Eyal Zamir tərəfindən razılaşmanın təsdiqindən sonra İsrail tərəfi ABŞ-dəki "F-35" Birgə Proqram Ofisinə təyyarələrin alınması ilə bağlı rəsmi sorğu göndərib. Bundan sonra təchizat müqaviləsi imzalanmalıdır.

Nazirlikdən bildiriblər ki, sövdələşmənin yaxın aylarda tamamlanacağı gözlənilir.

Bununla da, İsrailin ixtiyarında olan "F-35" -lərin sayı 75-ə çatacaq. (Mənbə: TASS)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol