Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin Ermənistan hökumətindən pul almasını ifşa edib, həmçinin BBC-ni qərəzli olmaqda suçlayıb.
Bu barədə Prezidentin köməkçisi eksdə paylaşım edib.
“Pullar danışır” seriyasından! Göründüyü kimi, Avropanın ən dəhşətli, qanlı və cinayətkar separatçı qurumu olan qondarma “Dağlıq Qarabağ Res.”in “yubileyi” ərəfəsində Ermənistan hökumətinin və erməni lobbi qruplarının göstərişi ilə yeni dramatik dezinformasiya və manipulyasiya kampaniyasına start verilib.
Biabırçılıq da olsa, ən azından NATO-nun keçmiş baş katibi (Anders Foq Rasmussen – red.) təbliğat kampaniyasına görə Ermənistan hökuməti tərəfindən pul aldığını inkar etmir...Bəzi siyasətçilər riyakarlıqla dünyanı “yaxşı və pis separatçılar və cinayətkarlar”a bölürlər. Köhnə vərdişlərdən vaz keçmək çətindir!
Amma narahat edən odur ki, BBC öz Nizamnaməsində “bütün materiallarında lazımi qərəzsizliyə nail olmağa sadiq olduğunu, bu öhdəliyin reputasiyaları, dəyərləri və tamaşaçıların etimadı üçün əsas” olduğunu bildirsə də, birtərəfli və qərəzli aqressiv manipulyasiya və yalan təbliği ilə məşğuldur, o cümlədən “Kontekst” proqramında. BBC bütün səslər, xüsusən də həssas mövzular üçün platforma rolunu oynamalıdır”, - o qeyd edib.
Hacıyev NATO-nun sabiq başçısının hansı mənbələrdən gəlir aldığına dair bəyannaməni də paylaşımına əlavə edib.
From the money talks series! Apparently, in the eve of the "anniversary" of the most terrible, bloody and criminal separatist entity in Europe so-called "Nagorno-Karabakh Rep", a new dramatic misinformation and manipulation campaign was launched by the order of the Armenian pic.twitter.com/UnFQTBFNsB
— Hikmet Hajiyev (@HikmetHajiyev) September 3, 2023

Şərhlər
yaxş ki, Hikmət Hacıyev vardır. Bəs Azərbaycanın xaricdəki səfirləri hara baxırlar? Avropada, xüsusilə Almaniyada anti-Azərbaycan ab-hava getdikcə kəskinkləşir, mətbuat, parlament, beyin mərkəzləri hər kəs Azərbaycanı hədəf alır, hətta təhqirlərdən belə çəkinmirlər, səfir Nəsimi Ağayevin səsi belə çıxmır, əvəzində Berlin Zooparkında Azərbaycanda zubrlara dair konfrans təşkil edir... Belə də rüsvayçılıq, yarıtmazlıq olarmı?! Bəs nazir Ceyhun Bayramov bunları görmürmü-bilmirmi?
Hikmət Hacıyev yaxşı olar ki,Azərbaycanda rüşvət və korrupsiyanın çiçəkləçməsindən,onunla olmayan mübarizədən danışsın.Guya onun sözü Avropada nəyisə dəyişəcək?