Menu

"Şolts “Taurus” raketlərinin Ukraynaya çatdırılmasına mane olur" - Bundestaqın komitə sədri

04.09.2023, 12:32
"Şolts “Taurus” raketlərinin Ukraynaya çatdırılmasına mane olur" -  Bundestaqın komitə sədri

Bundestaqın Müdafiə Komitəsinin rəhbəri Mari-Aqnes Ştrak-Zimmermann bildirib ki, Almaniya kansleri Olaf Şolts koalisiyada "Tauru" qanadlı raketlərinin Ukraynaya çatdırılmasına mane olan yeganə şəxsdir.

APA xəbər verir ki, bu barədə Komitə sədri "X" platformasında ("Twitter") bildirib. 

O vurğulayıb ki, bu, ukraynalıların ölümləri fonunda məsuliyyətsiz bir mövqedir. "Hazırkı məqamda" o, "Taurus"ları göndərmək istəmir. Bununla belə, "hazırkı məqamda" Ukraynada insanlar ölməyə davam edir. Kansler Şolts, Allah xatirinə nəyi gözləyirsiniz! Koalisiya daxilində bu qərara tək o mane olur. Bu, məsuliyyətsizlikdir", - Bundestaqın Müdafiə Komitəsinin rəhbəri qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol