Menu

“Rusiya ilə bir günlük müharibə Ukraynaya 100 milyon dollara başa gəlir” – Reznikov

04.09.2023, 15:41
“Rusiya ilə bir günlük müharibə Ukraynaya 100 milyon dollara başa gəlir” – Reznikov

“Rusiya ilə bir günlük müharibə Ukraynaya 100 milyon dollara başa gəlir”.

“AzPolitika.info” xəbər verir ki, bunu “Ukrinform”-a müsahibəsində Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.

Reznikov fondlara toplanan yardımların böyük bir hissəsinin orduya ayrıldığını deyib. O, qeyd edib ki, orduyla yanaşı, infrastruktur, ölkənin bərpası, əhalinin sosial cəhətdən həssas təbəqələrinin dəstəklənməsi üçün də pul lazımdır.

Reznikov onu da əlavə edib ki, sahibkarlar Müdafiə Nazirliyi və ya digər dövlət qurumları ilə müqavilə bağlayarkən yaşadıqları narahatlıqdan şikayətlənirlər. Onun sözlərinə görə, bu zaman hüquq-mühafizə orqanları dərhal onları narahat etməyə və hesablarını dondurmağa çalışırlar.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol