Menu

Niger hava məkanı kommersiya və mülki uçuşlar üçün açıldı

04.09.2023, 18:40
Niger hava məkanı kommersiya və mülki uçuşlar üçün açıldı

Nigerdə hərbi qüvvələrin hakimiyyəti ələ keçirilməsi səbəbindən avqustun 6-dan kommersiya və mülki uçuşlar üçün qapalı olan hava məkanı yenidən açılıb.

Bu barədə Niger Nəqliyyat Nazirliyindən açıqlama verilib.

Açıqlamada Niger hava sahəsinin bütün beynəlxalq və daxili uçuşlara açıq olduğu bildirilib.

Həmçinin, hərbi və şəxsi səbəblərlə həyata keçiriləcək uçuşlara icazə verildiyi xatırladılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol