Menu

“Bayden çox yaşlıdı” – 73 faiz seçici bu fikrdədir

05.09.2023, 16:20
“Bayden çox yaşlıdı” – 73 faiz seçici bu fikrdədir

ABŞ-ın “The Wall Street Journal” (WSJ) nəşrinin keçirdiyi sorğuya əsasən amerikalı seçicilərin 73 faizi hazırkı prezident Co Baydenin 2024-cü ildə yenidən namizəd olmaq üçün çox yaşlı olduğunu düşünür.

“AzPolitika.info” xəbər verir ki, sorğuda iştirak edənlərin 47 faizi isə ABŞ-ın 77 yaşlı keçmiş prezidenti Donald Trampla bağlı eyni fikirdədir.

Sorğunun nəticələrinə görə, 51 faiz seçici Trampın prezidentliyi dövründə Baydendən daha uğurlu olduğunu düşünür.

Bayden haqqında eyni fikirdə olan seçicilərin nisbəti isə 40 faiz olaraq qalıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol