İrəvana mer seçkisi kampaniyası Ermənistanda siyasi gündəmi xeyli gərginləşdirib. Bu kampaniyada öz namizədini dəstəkləyən hakim partiyanın ən yüksək çinli nümayəndələri də iştirak edirlər.
“AzPolitika.info” xəbər verir ki, seçki kampaniyası çərçivəsində İrəvanın Şenqavit rayonunda hakim partiyanın namizədi üçün təbliğat aparan Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərin sullarını cavablandırıb. Bu zaman ondan “Qarabağı Azərbaycan ərazisi kimi tanıyırsınızmı”, - deyə sual verilib. Simonyan cavabında “mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram” deyib.
Bundan öncə isə parlament sədrinin seçicilərlə görüşü zamanı insident yaşanıb. Belə ki, yaxınlıqdakı binanın yuxarı mərtəbələrindən Simonyanın üzərinə su atıblar.
Xatırladaq ki, daha əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan rəsmən Qarabağı tam şəkildə Azərbaycan ərazisi kimi tanıdığını bəyan edib və buna görə onu ən çox ittiham edən tərəf isə Rusiya olub .
“AzPolitika.info”


Şərhlər