Menu

RƏSMİ BAKI SÜLH DANIŞIQLARI ÜÇÜN ŞƏRTİNİ AÇIQLADI - "Ermənilər törətdikləri vəhşiliklərə görə üzr istəsələr..." + FOTO

06.09.2023, 11:48
RƏSMİ BAKI SÜLH DANIŞIQLARI ÜÇÜN ŞƏRTİNİ AÇIQLADI - "Ermənilər törətdikləri vəhşiliklərə görə  üzr istəsələr..." + FOTO

“Ermənilər törətdikləri vəhşiliklərə görə üzr istəsələr, Azərbaycanla Ermənistan arasında barışıq mümkündür”.

Bu sözləri “Arab News”a müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyevin sözlərinə görə, ermənilər Azərbaycana qarşı əsassız ittihamlar irəli sürürlər, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinləri isə blokadada deyillər. O,  Ermənistanın Qarabağın erməni əhalisinin “humanitar böhran” yaşaması iddiasının tamamilə əsassız olduğunu vurğulayıb.

“Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin blokadasından söhbət belə gedə bilməz.. Azərbaycanın təklifi birdən çox yolun olmasıdır və mühüm yollardan biri də Ağdam-Xankəndi yoludur. Qarabağ bölgəsi ilə əlaqə saxlamaq üçün daha səmərəlidir və daha çox logistik imkanlara malikdir, çünki Azərbaycan onu tamamilə yenidən qurub”, - deyə H.Hacıyev əlavə edib.

Prezidentin köməkçisi vurğulayıb ki, marionet rejiminin başında dayanan komandirlər humanitar bəhanə adı altında separatçı qurumun ömrünü uzatmağa çalışırlar.

Azərbaycan rəsmisi bildirib ki, onların məqsədi dezinformasiya yayaraq beynəlxalq ictimaiyyəti aldatmaqdır.

H.Hacıyev vurğulayıb ki, separatçılar onlara göndərilən ərzağı qəbul etməkdən və Azərbaycanla dialoqdan imtina edirlər:“Bu, irqçilikdir. Onlar qida məhsullarını göndərən tərəfin etnik kimliyini əsas gətirərək ərzağı qəbul etməkdən imtina ediblər”.

Şərhlər

Senan 2023-09-06 16:42:11

Çox gūman ki haylar makaronu Azərbaycana göndərirlər ki, onların törətdikləri əməllərinə görə makaron gəlib ūzr istəsin...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol