Menu

Rusiya qoşunlarının Rabotino kəndindən geri çəkildiyi təsdiqlənib

06.09.2023, 11:29
Rusiya qoşunlarının Rabotino kəndindən geri çəkildiyi təsdiqlənib

Rusiya qoşunları Zaporojye vilayətinin Rabotino kəndindən “taktiki olaraq geri çəkilib”.

APA xəbər verir ki, bunu Zaporojye vilayətinin Rusiya qoşunları tərəfindən işğal olunmuş hissəsinin "qubernator"u vəzifəsini icra edən Yevgeni Balitski "Solovyov Live" Youtube kanalında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, kəndin ərazisi düzənlik olduğu üçün ordunun orada qalması məqsədəuyğun sayılmayıb. Rus hərbçiləri təpələrə çəkilib. Hazırda Ukrayna hərbçilərinin mövqeləri aşağıdadır və Rusiya qüvvələrinin mövqeyi qənaətbəxşdir.

Xatırladaq ki, Ukrayna tərəfi kəndin bir neçə gün əvvəl azad edildiyini açıqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol