Rusiya işğal etdiyi Ukrayna ərazilərində yerli əhalini zorla “ruslaşdırmaqda” davam edir. İşğal altındakı Mariupol şəhərində şəkər xəstələrinə qarşı yeni tələb irəli sürülüb.
“AzPolitika.info” xəbər verir ki, bunu Mriupolun meri Vadim Boyçenko bildirib. Belə ki, Rusiya pasportu almayan Ukrayna vətəndaşlarına insulin verilməsi dayandırılıb: “İnsanlar ya Rusiya pasportu almalı, ya da ölməlidirlər”.
Qeyd olunur ki, şəkər xəstələrini bu yolla sınağa çəkən və ağır duruma salan Rusiya hakimiyyəti onları Rusiya vətəndaşlığını qəbul etməyə vadar edir.
Sosial şəbəkələrdə və mətbuatda Mariupolda şəkər xəstələrinə qarşı bu insanlıqdan kənar münasibəti əks etdirən video da yayımlanıb. Videoda Mariupolda yaşayan şəkər xəstələrindən biri Rusiya pasportu olmadığı üçün xəstəxanada ona insulin verməkdən imtina edildiyini söyləyir.
“AzPolitika.info”


Şərhlər