Bu həftədən başlayaraq Ədliyyə Nazirliyi siyasi partiyaların qeydiyyatı ilə bağlı müraciətlərə baxıb.
“AzPolitika.info” xəbər verir ki, artıq 10-a yaxın təşkilatın dövlət qeydiyyatı təsdiqlənib. Onların sırasında hakim Yeni Azərbaycan Partiyası (YAP), Vətəndaş Həmrəyliyi Partiyası (VHP), Ana Vətən Partiyası (AVP), Azərbaycan Milli İstiqlal Partiyası (AMİP), Haqq Ədalət Partiyası (HƏP) və s. təşkilatlar var.
Amma ölkənin siyasi həyatında populyar olan bir sıra siyasi partiyalarla bağlı hələlik qərar verilməyib.
Müsavat Partiyasının başqanı Arif Hacılı “AzPolitika.info”ya bildirib ki, Ədliyyə Nazirliyindən qeydiyyatla bağlı onlara hər hansı məlumat verilməyib.
AXCP sədrinin müavini Fuad Qəhərmanlı da nazirlikdən cavab almadıqlarını bildirib. O, partiyanın qeydiyyatında hər hansı problem yaranacağını güman etmir.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdər Cəlaloğlu da “AzPolitika.info”ya bildirib ki, bir müddət əvvəl Ədliyyə Nazirliyinin cavabında göstərilən qüsurları aradan qaldıraraq reyestr məlumatlarını yenidən nazirliyə göndəriblər.
“Hələlik heç bir cavab almamışıq, gözləyirik”, - Cəlaloğlu əlavə edib.
Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn də qeydiyyatla bağlı yenilik olmadığını deyib.
Rasim
“AzPolitika.info”


Şərhlər
Ədliyyə nazirliyi düz edib 30 ildir millətin baş-baynini aparıb.ağıllı.ciddi bir iş görə bilməyiblər.Yenə xalq içsiz.vəsaitsiz.,ölkədən köçür.Bu qədər boş-boğaz nəyə gərəkdir?Ölkədə 2-3 işlək partiya olması yetəlidir.amma YAP-ın qabaqda gedən üzvlərinin işdən qovulması,rüşvət,mnimsəmə,korrupsiya olayları,üzvlərin cinayət işləri,həbslər bu partiyanın qeydiyyarınn şübbhəli olduğunu isbat etdiyindən YAP-ın qeydiyyata alnması əsaslı görünmür.
Anlamırıq. bəzi təkadamcıq "parti sədrləri" də müsbət cavab gözləyir. İllərlə bir papkası, bir də adı olub, ətraflarına beş adam yığamayanların, ayıbdır qeydiyyatdan danışmalar.
3-5 partiya oldu bəsdir. Elə bil evcik-evcik oynayırlar. Fəaliyyətdə olanda nə iş görüblər? Hələ bir Dövlət də bunlara pullar ayırıb.
Brlə halda Qüdrət Həsənquliyevin.Nurullayevin.Ağamalıoğlunun,Fazil Qəzənfəroğlunun da qurama partiyaları qeydiyyata alınmamalıdır.Çünki cəmiyyətdə bu partiyaların fəaliyyti barədə heç bir fakt, görülməyib.Bunlar həqiqətdə olmayan.işləməyən partiyalardır Ona görə onların qeydiyyata alınması əsaslı və qanuni ola bilməz!
Partiyalar kasıb əhalinin sosial - iqtisadi problemlərinin həlli üçün niyə hökümətə müraciət etməkdən qorxurlar ???????