Menu

"Rus sektorlarında bir sıra fənlər Azərbaycan dilində tədris olunacaq" - Nazir

06.09.2023, 20:02
"Rus sektorlarında bir sıra fənlər Azərbaycan dilində tədris olunacaq" - Nazir

2023-2024-cü tədris ilində Azərbaycan dili fənni üzrə dərs saatlarının sayı artırılacaq. APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili bağlı media üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, rus sektorlarında bir sıra fənlər, o cümlədən Tarix, Zəfər tarixi, musiqi dərsləri Azərbaycan dilində tədris olunacaq:  "Şagird 9-cu sinfə gəlib çatır və görürük ki, ana dilində danışa bilmir. Pproblemin məktəblərdə, yoxsa təhsil proqramında olduğunu müəyyənləşdiririk".

Nazir deyib ki, cari ildə 24 dərslik təkmilləşdirilib, 37 yeni dərslik hazırlanıb: "Ümumilikdə 318 dərslik 7,4 milyon nüsxədə çap olunub. Dərsliklər şəhər və rayon məktəblərinə göndərilib. Növbəti həftədən isə ucqar yerlərdə yerləşən məktəblərimiz də bu dərslikləri əldə edəcəklər".

Şərhlər

Nazirə 2023-09-06 21:02:48

Bəs artırılan dərs saatları hansı fənlərin hesabına olacaq?Həmişə yarımçıq məlumatlar verirsiniz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol