Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Avropa İttifaqında Ermənistanın NATO-ya üzv olmasının zəruriliyi ilə bağlı bəyanatlarını “böyük fantaziyalar” adlandırıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, rusiyalı nazir müavini TASS-a NATO-nun Avropa İnkişaf Komitəsinin sədri Günter Fehlingerin Ermənistanın Şimali Atlantika Alyansına qoşulması ilə bağlı bəyanatnı şərh edərkən bildirib.
“Bu böyük fantaziyalardır. Ermənistan KTMT-nin üzvüdür və biz reallıqdan çıxış edirik", - deyə Qruşko bildirib.
Qruşko vurğulayıb ki, Moskva və İrəvan hərbi və siyasi əməkdaşlığı gücləndirməkdə davam edəcəklər.
"Bu, bizim müttəfiqimizdir və təhlükəsizlik sahəsində biz bir-birimizə güvənirik. Mən əminəm ki, bu sabitlik bizim ikitərəfli münasibətlərimizdə gələcək illər üçün həlledici olacaq", - deyə diplomat vurğulayıb.
Qeyd edək ki, bazar ertəsi NATO-nun Genişlənmə üzrə Avstriya Komitəsinin (QHT) sədri, Günter Fehlinger Ermənistanı Alyansa qoşulmağa çağırıb.
Həmin gün Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan ölkəsinin NATO ilə müxtəlif formatlarda əməkdaşlıq etdiyini və bu prosesi davam etdirməyə hazır olduğunu bildirib.


Şərhlər
Doğurdanda fantaziya,axı ermənistan hansı dəyərlərə və yaxud coğrafi mövqeyindən natoya üzüv ola bilər?Qafqazda natoya bütün dəyərlərə və coğrafi mövqeyinə görə yalnız və yalnız Azərbaycan üzv ola bilər.Bu ermənistan əfqanıstana tam bənzərdir,quru və dəniz yolu yoxdur,necə nato ilə əməkdaşlıq edə bilər?