Sentyabrın 8-dən müəllimlərin sertifikasiya imtahanlarının müsahibə mərhələsinə start veriləcək.
Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.
Müsahibə mərhələsinə dair Azərbaycan və rus bölmələri üzrə mövzular 18 avqust tarixində müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Müəllimlər miq.edu.az saytı və ya portal.edu.az platforması vasitəsilə hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər.
Qeyd edək ki, müsahibə mərhələsi ilə bağlı məlumatlar müəllimlərin şəxsi kabinetlərinə hissə-hissə göndərilir.


Şərhlər
Bu yazıq müəllimlərdən nə istəyirsiniz?Onlar universiteti bitirib müəllim statusu alıblar və diplomları var.Yox əgər onların hazırlıq dərəcəsi Sizi narahat edirsə o zaman pedaqoji universitetə qəbul,tədrisin təşkili,orada rüşvətin.tanışlığın ləğvi üçün lazımi ölçülər götürün..Yoxsa 30-40 ilin təsrübəli müəllimlərini boş yerə yollara salmayın.Bu qanunsuz və məkrli əməldən əl çəkin.