Ukrayna müharibəsinin bütün dünyaya tanıtdığı simalardan biri olan Kirill Budanov general-leytenant rütbəsinə layiq görülüb.
“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, Prezident Volodimir Zelenski Ukrayna hərbi kəşfiyyatının rəisi Kirill Budanova general-leytenant rütbəsinin verilnməsilə bağlı fərman imzalayıb.
Məlumat üçün bildirək ki, 1986-cı ildə Kiyevdə anadn olan Budanov hərbi təhsilini Odessa Quru Qoşunları İnstitutunda alıb 2014-cü ilin yazından Donbasda gedən döyüşlərə qatılıb və ağır yaralanıb. 2020-ci ilin 5 avqustundan etibarən hazırda daşıdığı vəzifəyə təyinat alıb.
Budanov hazırda Rusiyanın Ukraynadakı ilk üçlüyə daxil olan hədəflərindən biridir. Ona indiyə qədər 10 dəfədən artıq sui-qəsdi cəhdi olub. Onlardan biri hələ müharibədən xeyli əvvəl, 2019-cu ildə baş verib. Həmin vaxt Budanovun avtomobilinin altına partlayıcı qurğu yerləşdirilib. Lakin bomba vaxtından əvvəl partladığı üçün onu məhv etmək mümkün olmamışdı.
Onu da qeyd edək ki, son günlərə qədər Budanovun Müdafiə naziri təyin olunacağına dair məlumatlar dolaşırdı. Lakin bu xəıbərlər özünü doğrultmadı.
“AzPolitika.info”


Şərhlər