Menu

“Rusiya zəifləyib, müharibədə qalib gələ bilməyəcək” – Qərb rəsmiləri

07.09.2023, 17:47
“Rusiya zəifləyib, müharibədə qalib gələ bilməyəcək” – Qərb rəsmiləri

“Rusiya zəifləyib, müharibədə qalib gələ bilməyəcək”.

“AzPolitika.info” xəbər verir ki, bunu adı açıqlanmayan Qərb rəsmiləri ABŞ-ın “CNN” nəşrinə müsahibə verərkən bildiriblər.

Onlar əminliklə vurğulayıblar ki, Moskva Ukraynanı özünə tabe etmək məqsədinə nail ola bilmədiyi üçün qarşıdakı döyüşlərin nəticəsindən asılı olmayaraq, artıq məğlub olub.

“Rusiya işğal etdiyi əraziləri saxlasa belə, hansısa yolla qalib gələ bilməyəcək. Rusiya NATO-nu gücləndirdi. Rusiyaya görə Finlandiya və İsveç kimi ölkələr bu ittifaqa qoşuldu. Rusiya bunadan əlavə, Ukraynanın NATO-ya üzvlük, həmçinin Aİ-yə daxil olmaq yolunu açdı”, - deyə rəsmilər əlavə edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol