Ermənistanın Müdafiə naziri Suren Papikyanın Kiprin yunan hissəsinə gözlənilən səfəri baş tutmayıb.
“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, bunu Kiprin Müdafiə naziri Mixalis Yorqallas bildirib.
Nazir qeyd edib ki, ermənistanlı həmkarı ilə telefonda danışıb və Papikyan səfərin təxirə salınmasının Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı olduğunu deyib. Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi bu xəbəri təsdiqləyib.
Qeyd edək ki, bir neçə gündür Ermənistan KİV-lərinə danışan şərhçilər, ötən gündən başlayaraq isə Nikol Paşinyan başda olmaqla hakimiyyət təmsilçiləri Azərbaycan Ordusunun sərhəddəki yerdəyişmələrindən təşvişə düşdüklərini ifadə edirlər.
“AzPolitika.info”


Şərhlər