Xəbər verdiyimiz kimi Ermənistanın müdafiə naziri Suren Papikyan yunan Kiprinə səfərini ləğv edib. Buna səbəb kimi Azərbaycanla sərhəddə vəziyyətin gərginləşməsini göstərib. Dünəndən başlayaraq Ermənistan mediası İrəvandan sərhədə doğru irəliləyən hərbi kalonun görüntülərini də yayıb.
Bütün bunlar Paşinyan başda olmaqla Ermənistan rəsmilərinin “Azərbaycan hücum edəcək” iddiaları fonunda baş verir. Aydın görünür ki, rəsmi İrəvan Bakıdan beynəlxalq müstəvidə şikayət etmək üçün sərhədboyu ərazilərdə genişmiqyaslı təxribatlara hazırlaşır.
Hərbi mənbələrə istinadən yayılan məlumatlar da bu yöndədir. Publika.az-ın məlumatına görə, Ermənistanın Azərbaycanla şərti sərhəddə 1,2,3 və 4-cü hərbi korpusları fəal şəkildə gücləndirir. Həmçinin son həftələr İran ərazisindən zirehli texnika və artilleriya mərmilərinin hərbi birləşmələrə çatdırılması barədə məlumatlar var.
Baş verənlər sərhəddə yeni eskalasiya gözləntisini artırır. Və bu sual önə çıxır: Ermənistan hansı istiqamətlərdə təxribatlara əl ata bilər?
Bununla bağlı 4 istiqamətin ola biləcəyi ehtimalı daha böyükdür.
Birincisi, Kəlbəcər istiqaməti: Ermənistan 2021-ci ildən başlayaraq, Gorusun Xəzinəvar kəndindən Kəlbəcərin Söyüdlü kəndinə qədər olan sərhəd xəttində daha üstün mövqelərə nail olmağa can atır.;
İkincisi, Sədərək istiqaməti: Arazdəyəndə ABŞ investisiyası ilə zavod inşa edən İrəvanın bu istiqamətdə baş verəcək eskalasiyada Vaşinqtonun reaksiyasına nail olmaq planı var;
Üçüncüsü Laçın istiqaməti: beynəlxalq diqqəti Laçın yoluna cəlb etmək, Azərbaycanı təcavükzar kimi göstərərək, Bakıya qarşı təzyiqləri gücləndirmək istəyə bilərlər; Qaragöl ətrafında mövqelərini gücləndirmək, ordumuzun geri çəkilməsinə nail olmaq planları da əvvəldən var;
Dördüncüsü Zəngilan istiqaməti: bu, Zəngəzur dəhlizini arxa plana keçirmək, Azərbaycanın dəhlizlə bağlı öz ərazisində həyata keçirdiyi işləri axsatmaq məqsədi daşıya bilər. Bununla Zəngəzurdan dəhliz verməyəcəklərini göstərmək, eləcə də İranı bu və ya digər formada prosesə qoşmaqla Bakı-Tehran xəttində gərginliyi daha da artırmaq məqsədi güdə bilərlər 
***
Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribata hazırlaşır. “Report” xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdə Ermənistanın hərbi texnikasının aktiv hərəkəti əks olunur. Hərbi birləşmələrin yerdəyişməsi Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribata hazırlaşdığını sübut edir.
Qeyd edək ki, artıq neçə gündür Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanla sərhəddə ordumuzun mövqelərinin atəşə tutulduğunu bildirir.

Şərhlər
Tarakanlar qaynaşır....
Bircə əlacımız qalır-RFdan, MDBdən, KTMTdan RİCA edək ki, Ermənistanın Azərbaycana qarşı hər hansı Hərbi təcavüzünə adekvat-qarşı İrəvanın rəsmi təsliminə hərbi yürüşünə qarşı müdafiəyə çıxmasınlar? P.Həşimovun Hərbi təcavüzə ləyaqətli cavabından sonrakı 44 zəfər günündə siyasi-hərbi dünyanın rəğbətini nə qədər qazanmışdıqsa, sonrakı iki ildəki qeyri-təvazökarlıqla şərəffimizi çox aşağılamışıq?
Əslində ordu yox, Azərbaycana qırdırmaq üçün tüklü göndərir. Buna ordu demək olmaz.