Menu

Gürcüstan BMT TŞ-nin iclasının çağırılmasını istəyir

24.11.2014, 19:54
Gürcüstan BMT TŞ-nin iclasının çağırılmasını istəyir

Gürcüstan BMT Təhlükəsizlik Şurasının (TŞ) toplantısının çağırılmasını istəyir. Musavat.com-un gürcü elektron portalına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin xarici işlər naziri Tamar Beruçaşvili bildirib.

Onun sözlərinə görə, müvafiq xahiş-müraciət artıq göndərilib.

Moskva və Suxumi arasında “Müttəfiqlik və strateji tərəfdaşlıq” Müqaviləsinin imzalanmasına toxunan nazir belə bir aktı Abxaziyanın Rusiya tərəfindən de-fakto ilhaqı yolunda addım adlandırıb və beynəlxalq birliyə səslənərək onu bir daha Kremlin hərəkətlərini pisləməyə çağırıb.

“Gürcüstan hökuməti bu qanunsuz addımı hiddətlə pisləyir. Sənəd adlanan bu anlaşma 2008-ci ilin 12 avqustunda atəşkəs haqda Rusiyanın öz üzərinə götürdüyü öhdəliklərin də kobud şəkildə pozulmasıdır və Avropa təhlükəsizliyi kontekstində neqativ nəticələr doğuracaq” – deyə, XİN başçısı qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol