Xəbər verildiyi kimi, iyulun 3-də dövlətə xəyanətdə ittiham olunan Əliyeva Fidan Teymur qızı saxlanılıb.
Qeyd edək ki, adıçəkilən şəxs barəsində cinayət işinin istintaqı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən başa çatdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində 20 yaşlı Fidan Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırmaları keçirilir. Fidan Əliyeva Ermənistana casusluqda, bu ölkənin xüsusi xidmət orqanının əməkdaşı vasitəsilə Azərbaycan haqda məlumatlar ötürməkdə ittiham olunur. Ona Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib. Məlumata görə, Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində 2022-ci il dekabrın 12-dən başlanan və 138 gün davam edən etiraz aksiyasının iştirakçıları arasında Fidan Əliyeva da olub. Onun “Telegram” platforması üzərindən tanış olduğu Ermənistan xüsusi xidmət orqanı əməkdaşına məlumatlar, video və fotoşəkillər göndərdiyi bildirilir.
“AzPolitika.info” xəbər verir ki, sosial şəbəkələrdə F. Əliyevanın “Telegram” tətbiqi üzərindən Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşına göndərdiyi səs yazıları və video ilə bağlı məlumatlar yayılıb.
Həmin səs yazılarında F. Əliyeva əlaqə qurduğu şəxsdən sülhməramlıların ekofəallara qarşı niyə atəş açmadığını soruşur, eyni zamanda, İrəvanda təhsil almaq istəyinin olduğunu dilə gətirir. Sözügedən səs yazısında F. Əliyevanın səsləndirdiyi digər fikirlər isə bunlardır:
- Gələ bilərsən aksiya keçirdiymiz əraziyə?
- Sülhməramlılar olan yerə, heç olmasa görüşərdik. Bəs niyə atəş açmırsınız? Qoy gəbərsinlər.
- Yaxşı, onda sən mənim dediyim sözləri unutma. Xahiş edirəm, məni də özünlə apar.
- Mən İrəvanda oxumaq istəyirəm. Orada təhsil alıb ekoloq olmaq istəyirəm. İnsanlara kömək etmək istəyirəm...
Qeyd edək ki, F. Əliyevanın aksiya keçirilən ərazidən həmin şəxsə göndərdiyi video da ortaya çıxıb.
“AzPolitika.info”

Şərhlər
Yəqin ki anası ermənidir. Ya da ki Türkün düşməni olan başqa hansı millətlə qan qarışığı var
100% diga qanıdır bu qancıqin damarlarından axan zibil...
Adların dəyişmiş ermənilərdən olacaq, bunun sülaləsini araşdırın
DTX-ya təşəkkür edirik, minnətdarıq, işlərində uğurlar arzulayırıq.
"Bərəkallah", haram olsun sənə Vətənin suyu, çörəyi...şərəfsiz, ləyaqətsiz...axırıncı müharibədəki 3000 şəhidin, minlərlə əlilin, yaralı qazilərimizin ahı tutsun səni...
Əclaflığın hüdudu yoxmuş. Azərbaycan sənə nə edib, ay idbar? Yəqin sənən erməni imiş və azərbyacanlılar onu iti qovan kimi buradan qovmayıblar, ona görə?
DTX-nin Fidan haqqında gördüyü tədbir təqdirəlayiqdir.Bəsa,görəsən,xəyanəti ilə bütün respublika əhalisinə məlum olan Nacmuddin Sadıkov,Səfər Əbiyev,Yaşar Aydəmirov,Xanlar Vəliyev və onlarla başqası haqqında bu tədbir görülmür?İsa Qənbərin oğlu haqqında cinayət işi qaldırılmır?
Vətənini satan ilə anasını yad kişiyə peşkəş etmişin arasında heç bir fərq yoxdur.
bu