Menu

Mərakeşdə 3 günlük matəm elan olunub

09.09.2023, 22:05
Mərakeşdə 3 günlük matəm elan olunub

Mərakeşdə güclü zəlzələ nəticəsində yüzlərlə insanın ölməsi ilə əlaqədar 3 günlük matəm elan olunub.

"Report" "Al Arabiya"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Kral Sarayı məlumat yayıb.

Bildirilib ki, 3 gündə Afrika ölkəsindəki bayraqlar yarıya endiriləcək.

Xatırladaq ki, Mərakeşdə baş verən güclü zəlzələ sonucunda ölənlərin sayı 1 037-yə çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol