Menu

"Maksimum nəticə göstərir, bir səhifəlik esse yaza bilmir" - NAZİR

11.09.2023, 13:19
"Maksimum nəticə göstərir, bir səhifəlik esse yaza bilmir" - NAZİR

"Bu gün tədris etdiyimiz məzmunun çox köhnəldiyini etiraf etməliyik".

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı təhsil işçilərinin sentyabr konfransında deyib.

O bildirib ki, 40 il əvvəlki fizikanı eyni şəkildə keçməməliyik:

"Bu yaxınlarda Azərbaycan dili və ədəbiyyat forumu keçirildi. Gördük ki, dil fənni ilə bağlı problemlərimiz ciddidir. Dillə bağlı səriştələri öyrətməliyik. Bu sahədə səriştəsi olan şəxs yazıb danışmalıdır. Dil qaydaları və üslub bunun tərkib hissəsidir. Sertifikatlaşdırma üçün suallar hazırlananda gördüm ki, bizim fənn mütəxəssisimiz belə bundan uzaqdır. Mən xahiş edirdim ki, belə suallar salmayaq. Özümüzü bir çərçivəyə salmışıq və ordan çıxa bilmirik. Ona görə, Azərbaycan dilindən imtahanda maksimum nəticə göstərən abituriyent bir səhifəlik esse yaza bilmir".

Şərhlər

Tural 2023-09-11 17:53:48

Bu kimə şikayət edir? 3 ildir iş görmək əvəzinə sicilləmə nöqsanlardan bəhs edir. Bəyəm bu nöqsanları mən həll etməliyəm?

oxucu 2023-09-11 15:15:32

esse sözünün leksik mənası və izahı

1 is. [fr. essai – təcrübə, sınaq, oçerk] Problemi sərbəst şəkildə şərh edən kiçik həcmli əsər.
Azərbaycan dilinin izahlı lüğəti / esse

esse sözünün rus dilinə tərcüməsi

1 сущ. эссе (очерк, трактующий какие-л. проблемы в свободной форме)
Azərbaycanca-rusca lüğət / esse

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol