Polşa hokuməti Ukraynadan taxıl idxalına qadağanı davam etdirmək niyyətindədir.
“AzPolitika.info”-nun “Ukrainskaya Pravda”ya istinadla verdiyi məlumata görə, Polşanın iqtisadi inkişaf və texnologiya naziri Valdemar Buda bildirib ki, Varşava 15 iyundan sonra Ukraynadan idxal olunan kənd təsərrüfatı məhsullarına qoyulan qadağanın davam etdirilməsi ilə bağlı qərar layihəsi hazırlayır.
Nazir “Polskie radio”da çıxışı zamanı deyib ki, Polşa hökuməti Avropa Komissiyası ilə sona qədər işləyəcək, lakin onlar üçün Polşa fermerlərinin maraqları prioritetdir.
O qeyd edib ki, embarqonun müddəti uzadılana qədər Avropa Komissiyası tərəfindən heç bir qərar olmayacaqsa, o zaman Polşa tərəfinin də qərarı olacaq.
"Yekun qətnamənin qüvvəyə minməsi mənim üçün vacibdir və mən Polşaya idxalın qarşısını alacağam. Artıq qətnamə layihəsi hazırlanır. Biz buna əməl edəcəyik. Biz ərzaq təhlükəsizliyi prinsipini əsas götürəcəyik”, – deyə Buda əlavə edib.
Rüfət
AzPolitika.info


Şərhlər