Menu

"ƏXLAQSIZLIQ SƏRHƏD TANIMIR" - Hacıyev ermənilərin bu əməlindən yazdı + FOTO

11.09.2023, 23:21
"ƏXLAQSIZLIQ SƏRHƏD TANIMIR" - Hacıyev ermənilərin bu əməlindən yazdı + FOTO

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd edən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin bu əməlini “əxlaqsız terror aktı” kimi qiymətləndirib.

Bu barədə Prezidentin köməkçisi sosial şəbəkədə yazıb.

“Ermənistan silahlı qüvvələrinin və marionet rejiminin qanunsuz qüvvələrinin uzaqdan idarəolunan partlayış bombası ilə təchiz edilmiş itlərdən istifadə etməklə Azərbaycan forpostuna qarşı növbəti əxlaqsız terror aktı. Əxlaqsızlıq sərhəd tanımır!”, - o qeyd edib.

Xatırladaq ki, sentyabrın 11-i saat 08:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər.

Şərhlər

B.Qarabağlı 2023-09-12 11:31:01

Vatikan ilk ünvan olmaqla, bütün dini və ekoloji təşkilatların diqqətini Qarabağdakı erməni qalıqlarının bu ikili soyqırım cinayətinə bütün media qurumlarının yayımlasını RİCA edirəm!

dadaşyev 2023-09-12 00:07:52

1943-cü ildə Kursk savaşında,böyük tank savaşı deyilən savaşda döyüşmüş qocaman bir rusdan eşitmişdim ki,itlərdən terrorçu kimi tarixdə ilk dəfə ruslar tərəfindən alman tanklarına qarşı o savaşda istifadə edilmişdir.Deyirdi ki,yoxsa alman tanklarına qarşı dayanammazdıq.”Savaşdan həftələrlə əvvəl itləri ac saxlayırdıq.Sonra öz tanklarımızın altına ət atıb itləri buraxırdıq,ildırım kimi cumurdular tankların altına.Beləcə onlarda refleks yaranmışdı ki,qarın dolusu yemək yalnız və yalnız hərəkət edən böyük dəmirlərin,yəni tankların altındadır.Alman tanklarının hücum edəcəyi günü bilirdik.Hücum olacaq gün tanklarımızı geri çəkdik ki,itlərimiz öz tanklarımızın altına girməsinlər.İtlərin qarnına,belinə isə minalar bağladıq.Elə ki alman tankları böyük bir çöllükdə görünməyə başladı,yüzlərlə iti buraxdıq tankların üstünə.Ac itlər qarşılarına çıxan tankların altında ət var ümidiylə dəli kimi cumdular tankların altına.Zavallı itlər tankın sepi altında qalan kimi o tank partlayırdı.Beləcə yarımca saat içində yüzlərlə tank sıradan çıxdı,belə əcaib hadisəylə üzləşməyən alman tankları arasında nizamsızlıq yaranınca bizim tanklar hücuma keçdi.Bu üsulla biz o savaşda qalib gəldik” deyirdi.Odur ki,belə əclaf üsulu vicdansız rus hərbçiləri öyrətmiş olacaq donqili erməniyə.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol