Rusiya Prezidenti Vladimir Putin "Rosnano"nun keçmiş rəhbəri Anatoli Çubaysın Rusiyadan qaçmasına münasibət bildirib.
APA-nın Rusiya bürosu xəbər verir ki, Vladivostoka keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında çıxış edən Putin Çubaysın xaricdə nədənsə gizləndiyini anlamadığını söyləyib.
“İnternetdən mənə bir fotoşəkil göstərdilər, o, artıq Anatoli Borisoviç Çubays deyil, Moişa İzraileviç kimi yaşayır. O, niyə belə edir? Aradan çıxıb...”, deyə Rusiya prezidenti bildirib.
Putin bunun böyük maliyyə boşluğunun olduğu Rusnanodakı proseslərlə bağlı olduğunu ehtimal edib. Bildirib ki, həmin şirkətdə cinayət işi yoxdur.
“Ola bilsin ki, o, bunun nəhayət hansısa cinayət işlərinə səbəb olacağından qorxub. Ona görə də o, hətta İsraildə gizli vəziyyətə keçib. Bu, onun nəyinə lazımdır, düzünü desəm anlamıram”, - deyə Putin əlavə edib.

Şərhlər
Bizə-Kremlə müti ölkə vətəndaşı Böyük Rusiya, Beynəlxalq Çubays haqqında nəsə demək istehza doğursa da deməliyəm? Çubays nə qədər də Biznes-Kapital mütəxəssisi olsa da, Kremldəki bütün vəzifəlilərindən, bütün dindarlardan fərqli yüksək insani mənəviyyatını ortaya qoyub, aradan çıxıb! Məncə, Kremlin müharibə cinayətlərinin hamısının əleyhinə olub və artıq Ukrayna müharibəsinə gedən Kremli RFnın iqtisadiyyatı maraqlandırmadığına tam əmin ollub!?
Birtəhər aldat gətir, təyyarəyə mindirərsən....
Yaxşı ki bizdə belə şeylər olmur.Bizdə dövlət malını,el malını,xalq malını,yetim malını yeyib gəmirib altlarını və küplərini dolduranlar alnıaçıq üzüağ,öz p-nu yemiş Həştərxan xoruzu kimi qıpqırmızı və dimdik şəkildə aramızda yaşayırlar.Qol-qanad açıb xarici ölkələrdə villalar alıb yaşayanlar var,amma istisnalar qaydanı pozmaz.