Menu

Ukrayna hökuməti Polşanı arbitrajla hədələyir

12.09.2023, 18:36
Ukrayna hökuməti Polşanı arbitrajla hədələyir

Polşanın Ukrayna taxılının ixracına mane olacağı halda, Ukrayna Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) pozulmasına görə dəymiş ziyanın ödənilməsi üçün Ümumdünya Ticarət Təşkilatının arbitrajına müraciət edəcək.

“AzPolitika.info” “pravda.com.ua” saytına istinadla bildirir ki, bu sözləri Ukraynanın Baş naziri Denis Şmıqalın bildirib.

Şmıqal qeyd edib ki, Ukrayna müharibəyə və Rusiyanın limanların bloklanmasına baxmayaraq, həm Aİ ilə Assosiasiya Sazişinə, həm də ÜTT qanunvericiliyinə əsasən öz öhdəliklərinə əməl edir.

"Bizim Polşa fermerlərinə zərər vermək niyyətimiz yoxdur və olmayıb. Biz Polşa xalqının və Polşa ailələrinin dəstəyini yüksək qiymətləndiririk. Lakin seçkiqabağı siyasi populizm maraqları naminə ticarət qanununun pozulması halında, Ukrayna GATT normalarının pozulmasına görə dəymiş ziyanın ödənilməsi üçün ÜTT arbitrajına müraciət etmək məcburiyyətində qalacaq” – deyə, baş nazir yazıb.

Polşanın Baş naziri Mateusz Morawietski daha əvvəl demişdi ki, Brüsselin Ukraynanın kənd təsərrüfatı məhsullarının idxalı ilə bağlı qərarından asılı olmayaraq, Polşa öz bazarını “Ukrayna taxılı ilə doldurmağa” imkan verməyəcək.

Cümə günü Aİ-nin beş qonşu ölkəyə buğda, qarğıdalı, günəbaxan toxumu və kolza idxalına qoyduğu qadağanın müddəti başa çatır. Polşa bu qadağanın müddətinin uzadılmasını istəyir.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol