Ukrayna prezidenti Volodimir Zelenski sentyabrın 13-də həbri kabinetin növbəti iclasını keçirib.
“AzPolitika.info” bu barədə “Ukrainskaya Pravda”ya istinadla xəbər verir.
Özünün “Telegram” kanalında paylaşım edən Zelenski bildirib ki, hərbi kabinet toplanıb, amma təfərrüatları açıqlamayıb.
“Bu gün təfərrüat yoxdur. Amma nəticələr olacaq. Düşmən onları hiss edəcək”, - deyə Zelenski vurğulayıb.
Xatırladaq ki, sentyabrın 12-də də Zelenski hərbi kabineti toplayıb, orada hücum, silahla təminat və silahlı qüvvələrin müəyyən istiqamətlərdə gücləndirilməsi məsələləri müzakirə olunub.
Rüfət
"AzPolitika.info"


Şərhlər