Rusiya sanksiya təzyiqlərindən yayınaraq, raket istehsalını artıra bilib.
“AzPolitika.info” xəbər verir ki, bunu “The New York Times” nəşri ABŞ administrasiyasındakı və Ukrayna hökumətindəki mənbələrinə istinadla yayımladığı məqalədə bildirib.
Qəzet yazır ki, 2022-ci ilin fevralından başlayaraq, müharibənin ilk aylarında Rusiya sərt sanksiyalar səbəbindən raket istehsalında ciddi çətinliklər yaşayıb. Lakin bu çətinlik cəmi 6 ay çəkib və Rusiya Ermənistan kimi ölkələrin sayəsində “boz sxemlərdən” istifadə etməklə raket istehsalı üçün lazım olan lazımi elektronika ilə təmin olunub.
Yazıda qeyd olunur ki, sanksiyalar vasitəsilə Rusiyaya elektronika avadanlıqlarının, çiplərin nəqlini məhdudlaşdırmaq çətindir. Çünki Rusiya öz raketləri üçün mürəkkəb texnologiyalardan yox, daha sadə və sırf raketlər üçün nəzərdə tutulmayan ikili təyinatlı avadanlıqların hissələrindən istifadə edir. Bu zaman çox vaxt adi məişət cihazlarından da istifadə olunur. Ona görə də “boz sxemlər”-ə nəzarət etmək çətinləşir.
Yazıda qeyd olunur ki, bunun nəticəsi olaraq, hazırda Rusiyada raket istehsalı müharibədən əvvəlki səviyyəni də ötüb keçib. Həmçinin, bildirilir ki, Rusiya raket istehsalını artıraraq, payız-qış aylarında yenidən Ukraynanın enerji infrastrukturunu hədəfə almağa başlayacaq.
“AzPolitika.info”


Şərhlər